"Axırıncı yeri tutan komanda I Diviziona getməlidir" -Elxan Məmmədov
"Kəpəz"ə lisenziya müvafiq komissiyaya müraciət etdikləri üçün verilib. Lisenziyanı əziyyət çəkərək, hüquqi baxımdan alıblar".
Sportfm.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov Lisenziya Komissiyasının qərarını şərh edərkən deyib.
Milli assosiasiya rəsmisi Gəncə komandasının gələn mövsüm Azərbaycan Premyer Liqasında çıxış etməyəcəyinə işarə vurub:
"İdman prinsiplərinə uyğun olaraq, axırıncı yeri tutan komanda Premyer Liqadan I Diviziona getməlidir".
Baş katib "Kəpəz"in qalması və I Divizionun qalibi "Xəzər"in də gəlişi ilə 10 komandalı Premyer Liqa mümkündürmü" sualını isə belə cavablandırıb:
"Açığı, I Divizion komandaları bütün sənədləri təqdim etməyiblərsə, apellyasiya üçün verilən 10 gün vaxt ərzində heç nə dəyişə bilməz".
AFFA-nın Lisenziya Komissiyası "Qarabağ", "Qəbələ", "Neftçi", “Sumqayıt”, “Zirə”, "Keşlə", "Səbail" və "Kəpəz"lə yanaşı, I Diviziondan "Sabah" klubunun gələn mövsüm Premyer Liqada iştirakı üçün lisenziya verib. Əvəzində aşağı liqanın qalibi "Xəzər" klubu elitada çıxış etmək üçün lisenziya ala bilməyib. (report)
Oxşar xəbərlər
“Araz-Naxçıvan” və “Zaqatala” Premyer Liqada iştirak üçün lisenziya aldı
İki klub avrokuboklara buraxılmadı - Qərar
Gəncə və Tovuz yenə futbolsuz qaldı
Klublar niyə lisenziya almaq istəmir?
"Turan Tovuz" və "Zaqatala" Premyer Liqada olmayacaq!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
Güləşçimiz finalda - Dünya çempionatı
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa















Misli Premyer Liqası