Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ceymi Vardi qərarını dəyişdi
"Lester”in hücumçusu Ceymi Vardi qərarını dəyişib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İngiltərə millisinin üzvü "Arsenal”a keçməkdən son anda imtina edib.
Halbuki 29 yaşlı futbolçu London klubu ilə 4 illik müqaviləni razılaşdırmışdı. Klublar arasında anlaşmaya görə, "Arsenal” bu transfer müqabilində 20 milyon funt-sterlinq ödəməli idi. Lakin "Lester” rəhbərliyinin maaşı artırmaq təklifi Vardinin fikrini dəyişməsinə səbəb olub.
Premyer Liqa çempionu 60 min funt-sterlinqlik həftəlik məvacibi 100 minə yüksəldib. "Arsenal”ın baş məşqçisi Arsen Venger də Vardinin transferinin baş tutmadığını etiraf edib.
Qeyd edək ki, Ceymi Vardi ötən mövsüm Premyer Liqada 24 qola imza atmışdı.
Oxşar xəbərlər
37 yaşı olsa da, oynamağa davam edəcək
33 yaşında Premyer Liqanın bombardiri oldu - Vardi qocalmır
Vardinin qolu "Lester"ə yetmədi
“Mançester Yunayted” mövsümə kubokla başladı - VİDEO
"Arsenal" "Lester"in daha bir oyunçusunu istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası