reklam
Komandaları qalib gəlsə də, rəqibi bıçaqladılar
Sportfm.az xəbər saytı

Komandaları qalib gəlsə də, rəqibi bıçaqladılar


Türkiyənin Muğla şəhərində keçirilən 17 yaşlılar arasında ölkə çempionatda dəhşətli hadisə baş verib. 

Sportfm.az xəbər verir ki, "Marmaris" və "Ortaca Bələdiyyəspor" komandaları arasında baş tutan qarşılaşmadan sonra bıçaq, dəyənək və digər alətlərlə silahlanan azarkeşlər yaşıl meydana axışıblar. Buna səbəb ev sahib "Marmaris"in oyunda 1-0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, futbolçular arasında baş verən qalmaqal olub. Qonaq komandanın üzvləri ilə "Marmaris" azarkeşləri arasında yaranan insidentdə 2 futbolçu və 1 azarkeş yaralanıb. Olay polisin havaya atəş açmasından sonra sakitləşib. Hadisə zamanı qolundan ağır yaralanan "Ortaca Bələdiyyəspor"lu Eren Karqın xəstəxanaya çatdırılıb. 

 

 

 

Oxşar xəbərlər

Türkiyədə dəhşətli olay - Qapıçını meydanda döydülər
Fanatlar meydançaya axışdı, 4 futbolçu xəstəxanalıq oldu
“Keşlə"nin futbolçuları əlbəyaxa oldu - FOTO
Meydana girərək futbolçunun boğazını kəsdi - Polşada dəhşətli olay
Ağdam klubunun azarkeşləri təhqir edildi - OLAY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər