reklam
ÇL:
Sportfm.az xəbər saytı

ÇL:İspanların rəqibi "Liverpul" oldu


Çempionlar Liqasında ikinci finalçının da adı məlum olub.

Sportfm.az xəbər verir ki, mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək həlledici qarşılaşmada "Real" və "Liverpul" kubokun sahibini müəyyənləşdirəcək.

"Qırmızılar" yarımfinalda İtaliya "Roma"sını iki oyunun yekununda üstələməyi bacarıblar. İngiltərə təmsilçisi ötən həftə doğma meydanda 5:2 hesabı ilə yendiyi "Roma"ya cavab görüşündə uduzub - 2:4. Bununla belə, "Liverpul" top fərqində üstün olduğu üçün mərhələ adlayıb.

Beləliklə, "Liverpul" klubu 11 ildən sonra Çempionlar Liqasının finalına yüksəlib.

Çempionlar Liqası. Yarımfinal, cavab oyunu

2 may

22:45. "Roma” (İtaliya) – "Liverpul” (İngiltərə) - 2:4

Qollar: Ceyms Milner, 15 (öz qapısına). Edin Ceko, 52 - Sadio Mane, 9. Jorjinyo Veynaldum, 26. Raca Nainqqolan, 86; 90+4 (penalti ilə)

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 2:5.

Oxşar xəbərlər

"Liverpul" finalın bir addımlığında
Çempionlar Liqası: Yarımfinal oyunlarının vaxtı məlum oldu
ÇL-də 1/2 finalın püşkü atıldı
"Roma" 34, "Liverpul" isə 10 il gözləməli oldu
ÇL: Romada sensasiya, Liverpulda Salah "şou"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər