reklam
ABŞ-da Cümhuriyyətin 100 illiyinə həsr olunan şahmat turniri keçirildi
Sportfm.az xəbər saytı

ABŞ-da Cümhuriyyətin 100 illiyinə həsr olunan şahmat turniri keçirildi


ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan şahmat turniri keçirilib.

Sportfm.az xəbər verir ki, “Bakı Açıq Şahmat Turniri” adlandırılan turnir San Dieqo Şahmat Klubu tərəfindən keçirilib. Turnirin bundan sonra hər il 28 may - Respublika Günü ərəfəsində keçirilməsi nəzərdə tutulur.

San Dieqo Şahmat Klubu üzvlərinin sayına görə ABŞ-da fəaliyyət göstərən ən böyük şahmat klublarından biridir.

Dörd turdan ibarət olan turnirdə müxtəlif yaş kateqoriyalarından olan 50 şahmatçı altı bölmədə mübarizə aparıb.

Sonda hər bölmə üzrə qalib gələn idmançılara Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr təqdim olunub.

Turnirin iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, müsəlman dünyasında ilk dünyəvi respublika olması, Azərbaycanın 1991-ci ildən bəri keçdiyi müstəqillik yolu, əldə etdiyi nailiyyətlər, ölkəmizdə şahmatın inkişafı barədə məlumat verilib, kitabçalar paylanılıb.(azərtac)

Oxşar xəbərlər

Şahmat turniri keçiriləcək - Açıq havada
“İpək Yolu Kuboku” turniri start götürür
“Baku Оpen 2019” beynəlxalq şahmat festivalına start verildi
“Gəncə Open-2018” şahmat turniri start götürdü - FOTO
Gözdən əlil uşaqlar arasında şahmat turniri keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər