Şahmatçımız Avropa çempionatının qalibi oldu
Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının C qrupunda Azərbaycan təmsilçisi Elnur Mehtiyev uğurla çıxış edərək qalib adını qazanıb.
Sportfm.az xəbər verir ki, C qrupunun finalında 8 turdan 7 xal toplayan Mehtiyev birinci yeri tutub. Onunla eyni xalı toplayan iki şahmatçı – polşalı Marek Pniaczek və rumıniyalı Sebastian-Ionut Pavel əlavə göstəricilərə görə sonrakı iki pillələrdə qərarlaşıblar.
Qeyd edək ki, bu qrupda Azərbaycanı 14 şahmatçı təmsil edib. Ümumilikdə isə Avropa ölkələrindən 800-dək şahmatçı C qrupunda (reytinqi 2000-ə qədər olan şahmatçılar) iştirak edib.
Xatırladaq ki, çempionatın A qrupunda mübarizə aparan şahmatçımız Gülsənəm Ağayeva qızların yarışında qızıl medala sahib olub. Ümumi nəticəyə görə isə ikinci olub.
Qitə çempionatının B qrupunda şahmatçılarımız mükafatçılar sırasına düşə bilməyiblər.
Oxşar xəbərlər
Gənc şahmatçılarımızdan böyük uğur - Avropa çempionu oldular
30 şahmatçımız ən güclü qrupda - Avropa Çempionatında
Avropa çempionatında Azərbaycan 100 nəfərlə təmsil olunacaq
Şahmatçımız İspaniyada ikinci oldu
Murad İbrahimli dünya çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı
-
FİFA referimizə UEFA-dan təyinat
-
Tennisçilərimiz Latviyaya yollandı
-
MOİK-dən inamlı qələbə - I Liqa














Misli Premyer Liqası