Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı hücumçu yeni klubla anlaşdı
Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov Latviyada özünə yeni klub tapıb.
Sportfm.az xəbər verir ki, azərbaycanlı forvard I Liqada mübarizə aparan “Proqress” komandasında çıxış edəcək.
Latviyada yeni mövsümə start verilib və ilk turun oyunları keçirilib. “Dauqavpils” doğma meydanda “Supernova” ilə qarşılaşıb və 3:0 hesabıyla qalib gəlib.
Vüqar start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da 63-cü dəqiqədə məhz Əsgərov vurub.
Xatırladaq ki, Vüqar Əsgərov ötən mövsümü “Olayne”də keçirib. Hücumçu mövsümü 21 qolla başa vurmuşdu.
Oxşar xəbərlər
Ramin Latviyada qol vurdu, komandası qalib gəldi
Vüqar Əsgərov ilk matçına çıxdı
Azərbaycanlı futbolçular meydana çıxdı, komandaları qalib gəldi
Azərbaycanlı futbolçunun komandası 15 qol vurdu
Əsgərov fərqlənə bilmədi, komandası məğlub oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası