Ramil Şeydayev "Trabzonspor" məsələsinə dair danışdı:Hadisələrin gedişatını...
Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olub və 1:0 hesabıyla qalib gəlib. Bu qələbə sayəsində Ağdam klubu ardıcıl 5-ci dəfə, ümumilikdə 6-cı dəfə ölkə çempionu olub.
"Köhlən atlar"ın hücumçusu Ramil Şeydayev müsahibə verib. Sportfm.az həmin müsahibəni təqdim edir.
- Ötən mövsüm “Jilina”, indi isə “Qarabağ”la çempionluq sevinci yaşadın. Bunlar arasında hansı fərq oldu?
- Çempionluq münasibətilə azarkeşlərimizi təbrik edirəm. Bunun üçün çox sevincliyəm. Slovakiyadakı ilə müqayisədə burada çempion olacağımız aşkar görünürdü. "Jilina" çempionatda üstün idi. Çempionluq xoş hisslərdir. Hər bir idmançının arzusudur.
- Avropada PSJ, "Bavariya", "Mançester Siti" kimi klublar da çempionluğu təmin ediblər. "Qarabağ"ı top klublarla müqayisə etmək olar?
- Əlbəttə, olar. Biz də çempionuq və top klub hesab edilirik.
- "Qarabağ"da icarə əsasında çıxış edirsən. "Trabzonspor"a dönəcəksən?
- Müqaviləm mövsümün sonunda başa çatır. Sona isə 4 tur qalıb. Bu məsələ məlum deyil. Hadisələrin gedişatını gözləməliyik. Bu barədə indi düşünmək istəməzdim.
- "Qarabağ"da çox şans qazana bilmədin...
- Artıq ardıcıl 3 oyun çıxış etdim. Ötən tur qol vurdum. Davam edirəm, çalışıram.
- 1 qol vurmaq aşağı göstəricidir. "Qarabağ"da az oynamağın isə öz günahındır...
- Maksimum 4 matç oynamışam. Bəli, buna görə də çox çalışmalıyam.(sportal.az)
Oxşar xəbərlər
Ramildən 50-ci oyun, 25-ci qol
Ramil Şeydayev Rusiya klubu ilə danışıqlara başladı
"Hələ heç nədən xəbərim yoxdu" - Ramil Şeydayev
“Qarabağ”ın 6-cı çempionluğu
Ramil Şeydayev "Qarabağ"da - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
Güləşçimiz finalda - Dünya çempionatı















Misli Premyer Liqası