reklam
Gənclər və İdman naziri olacağı deyilən Adil Əliyev:
Sportfm.az xəbər saytı

Gənclər və İdman naziri olacağı deyilən Adil Əliyev:Bundan çox məmnunam


"Sosial şəbəkələrdə mənim idman naziri olacağımla bağlı aparılan kampaniyani qəbul etmirəm".

Sportfm.az xəbər verir ki, bu sözləri millət vəkili, Azərbaycan Kikboksinq federasiyasının prezidenti Adil Əliyev şəxsi feysbuk səhifəsində yazıb.

O, gənclər və idman naziri təyin ediləcəyi ilə bağlı yayılan məlumatların əsassız olduğunu deyib:

“Sizdən artıq dərəcədə xahiş edirəm, statusu siləsiniz. Bu, ölkə rəhbərinin kadr siyasətinə ziddir. Azad müəllim yaxın dostumdur, həm də yaxşı insandır. Federasiya olaraq nazirliklə sıx əməkdaşlığımız var. Bundan çox məmnunam. Bu gün kimisə Feysbuk üzərindən hansısa vəzifəyə təyin etmirlər. Ölkə rəhbəri, cənab Prezident yaxşı bilir ki, kimi hansı vəzifəyə təyin etmək lazımdır. Mən millət vəkili olaraq millətimə, xalqıma xidmət edirəm. Burada da çox rahatam. Vətənimə, dövlətimə hansısa vəzifəyə görə xidmət etmirəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə Adil Əliyevin gənclər və idman naziri təyin ediləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Oxşar xəbərlər

Vəzifəyə təyinat aldı, nazirə təşəkkür etdi
Ppeşəkar kikboksçumuza vəzifə verildi - Təyinat
Yeni gənclər və idman naziri məlum oldu - RƏSMİ
Yeni gənclər və idman naziri məlum oldu - Naxçıvanda
Rauf Əliyev federasiya prezidenti oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər