reklam
Sportfm.az xəbər saytı

"Real"a qayıtmaqla arzumu reallaşdırdım"


"Real"ın yeni hücumçusu Alvaro Morata "kral klubunun" təlim-məşq toplanışı keçdiyi Monreala gəlib. Goal.az xəbər verir ki, sevincini jurnalistlərlə bölüşən hücumçu bunları deyib: "Burda olmaq inanılmaz hissdir. Doğma komandama qayıtmaqla arzumu reallaşdırdım. Məşqlərə qatılacağım günü səbirsizliklə gözləyirəm. Zidanın komandası fiziki planda çox işləyir, bu da gələcəkdə komandaya yalnız xeyir verəcək".
Keçmiş komandası "Yuventus" haqda da danışan Morata bunları deyib. "Mən "Yuventus"da iki möhtəşəm mövsüm keçirdim. Mənə yalnız təşəkkür etmək qalır. Onların sayəsində mən çox şey öyrəndim və yenidən Madridə qayıtdım".

Oxşar xəbərlər

Çempionlar Liqasında həftənin ən yaxşısı - Alvaro Morata
"Atletiko"nun oyunçusu üçün mövsüm erkən bitdi
Morata yeni kapitandır
"Real"da ciddi itki
Morata: “Həyatımı “Real”a həsr etmək istəyirəm”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər