reklam
Ruslan Ağamirov:
Sportfm.az xəbər saytı

Ruslan Ağamirov:"Biz azarkeşləri məyüs edə bilməzdik"


İnsanlar o qədər güclü azarkeşlik edirdilər ki, biz onları məyus edə bilməzdik.

Sportfm.az xəbər verir ki, bunu Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında çıxışından sonra azərbaycanlı gimnast Ruslan Ağamirov deyib.

Ağamirov bildirib: "Biz məcburi və sərbəst proqramları yerinə yetirdik, hər şeyi yaxşı etdik, səviyyədə. İkinci Avropa oyunlarına lisenziya qazandıq, onlar 2019-cu ildə Belarusda keçiriləcək".

İdmançı, həmçinin qeyd edib ki, Avropa Çempionatının təşkil olunması yüksək səviyyədə həyata keçirilib, bunu bütün idmançılar qeyd edir: "Azərbaycan hər zaman müxtəlif idman yarışmalarının yüksək səviyyəli təşkilatçılığı ilə məşhur olub".


 

Oxşar xəbərlər

"İndi mən əvvəlkindən daha az hündürlüyə tullanıram" - Yeni Zelandiya gimnastı
Batutçularımız dünya çempionatında çıxışlarını yekunlaşdırdı
İdmançımız Avropa Çempionatının yarımfinalında
"Azərbaycan idmanı üçün tarixi qələbə qazanmağa çalışacağıq" - FOTO
Bakı batut gimnastikası üzrə 26-cı Avropa çempionatına hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər