reklam
Qızlarımız futbolu bərabərlik naminə oynadı -
Sportfm.az xəbər saytı

Qızlarımız futbolu bərabərlik naminə oynadı -FOTOLAR


Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyaların 20 nümayəndəsi və Azərbaycanın futbol üzrə 19 yaşadək qızlardan ibarət milli yığmasının 10 üzvünün iştirakı ilə ölkədə gender bərabərliyini dəstəkləmək üçün yoldaşlıq oyunu keçirilib. 

Sportfm.az xəbər verir ki, tərəflər #bərabərliknaminəhəştəqi və Dayanıqlı İnkişaf Məqsədləri yazısı olan futbol köynəklərində çıxış ediblər.

Tədbiri  Birləşmiş Millətlər Təşkilatı (BMT), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Missiya Rəhbərləri Xanımlarının Təşkilatı (HOMS) və Meksika səfirliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil ediblər.

BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai açılış çıxışında deyib. “İdmanın qadın və qızların səlahiyyətləndirilməsi, onların həyat bacarıqları və yeni imkanlar əldə etməsi işində böyük potensialı var. BMT qızlar və qadınların səlahiyyətləndirilməsi səylərini dəstəkləmək üçün dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirəcək".

Qeyd olunub ki, YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Beynəlxalq Nizamnaməsinin birinci bəndinə əsasən, bədən tərbiyəsi və idman hamının təməl haqqıdır. Tədbirə qoşulan gənc futbolçular meydanda olmaqla, fiziki güc və liderlik qabiliyyətlərini nümayiş etdirirlər, eləcə də peşəkar fəaliyyətləri ilə gender bərabərliyini təşviq edirlər. Bildirilib ki, Azərbaycan dünya şöhrətli qadın atletləri arasında olimpiadalarda güləş üzrə 3 medal qazanmış Mariya Stadnik, stend atıcılığı üzrə iki olimpiya medalı əldə etmiş Zemfira Mehtəhəddinova, güləş üzrə olimpiya mükafatçısı Patimat Abakarova və Avropa çempionatının bürünc, ilk Avropa Oyunlarının isə gümüş mükafatçısı olmuş Fəridə Əzizovanı göstərmək olar. 

 

Oxşar xəbərlər

5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
Bərabərlik naminə yoldaşlıq oyunu keçirildi - FOTO
"Gender bərabərliyi” seminarı veloyürüşlə başa çatdı - FOTO
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü təntənəli şəkildə qeyd olundu - FOTO
“Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər