reklam
Oynadığı klubun baş məşqçisi oldu -
Sportfm.az xəbər saytı

Oynadığı klubun baş məşqçisi oldu -FOTO


Mövsümün sonuna qədər Yupp Haynkesi baş məşqçi postuna gətirən "Bavariya" artıq yeni çalışdırcısını müəyyənləşdirib. 

Sportfm.az xəbər verir ki, Münhen klubunun "sükanı arxası"na Niko Kovaç keçəcək. Bu barədə "Bild" nəşri məlumat yayıb. Xəbərdə bildirili ki, xorvatiyalı mütəxəssis mövsümün sonunda hazırki iş yeri "Ayntraxt"dan ayrılacaq və "Bavariya"nın yeni baş məşqçisi təyini ediləcək. Məlumat tezliklə klub tərəfindən rəsmi şəkildə bəyan ediləcək. Müqavilənin şərtləri və detalları barədə məlumat verilməyib. 

Qeyd edək ki, 46 yaşlı Kovaç 2012-2013-cü illərdə Xorvatiyanın U-21, 2013-2015-ci llərdə isə əsas komandasını çalışdırıb. 2015-cı ildə Bundesliqaya üz tutan mütəxəssis Frankfurt "Ayntraxt"ı ilə müqavilə bağlamışdı. Kovaç 3 il "Bavariya"nın şərəfini də qoruyub. 

Oxşar xəbərlər

"Real"ın əfsanəsi "Qarabağ"ın rəqibinin baş məşqçisi oldu - İddia
David Alaba “Bavariya”dan ayrılır - Rəsmən açıqlayacaq
“Bavariya”nın yeni baş məşqçisi məlum oldu
"Bavariya"nın futbolçusu "Şalke"yə keçdi
"Bavariya"nın yeni baş məşqçisi məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər