reklam
Klublar arasında icarə müqavilələri ləğv olunacaq
Sportfm.az xəbər saytı

Klublar arasında icarə müqavilələri ləğv olunacaq


Futbol komandaları arasında icarə müqavilələri ləğv edilə bilər.

Sportfm.az xəbər verir ki, FİFA bu məsələ ilə bağlı xüsusi komissiya yaradıb. Bu komissiyaya Futbolçuların Beynəlxalq Həmkarlar İttifaqının nümayəndələri və keçmiş futbolçular - braziliyalı Kafu, hollandiyalı Edvin van der Sar və Marko van Basten, o cümlədən, Avropa Klubları Assosiasiyası və FİFA nümayəndələri daxildir. 

Bildirilir ki, nəzərdən keçirilən transfer sistemində islahatların aparılması bəndləri sırasında əməyin maksimal ödənişinə məhdudiyyət də var. Yekun qərar FİFA Şurasının oktyabr iclasında təsdiqlənə bilər.

Qeyd edək ki, futbolçuları başqa klublarda icarə əsasında çıxış edən klubların sıyahısına İtaliya "Yuventus"u başçılıq edir. Turin təmsilçisi 41 oyunçusunu icarəyə verib. Azərbaycanda isə daha çox "Neftçi" və "Qəbələ"nin oyunçuları icarədədirlər. (report.az) 

Oxşar xəbərlər

Futbolçular üçün yeni icarə qaydaları - FİFA
FİFA-dan yeni qayda - İki klub bir-birinə 3 futbolçu icarəyə verə bilər
FİFA yenilikləri açıqladı
FİFA yeni limit tətbiq edir - İcarəyə az verin
Qış transfer pəncərəsi ləğv edə bilər - Səbəb?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər