Belarusda Azərbaycan himni
Kişilərdən ibarət idman gimnastikası üzrə yığma komandamızın təmsilçiləri Anar Həsənov və Aydın Əlizadə Belarusun Moqilyov şəhərində beynəlxalq turnirdə beş medal qazanıblar.
Sportfm.az xəbər verir ki, beynəlxalq arenada ilk təcrübələri olmalarına baxmayaraq, gimnastlarımız 34 iştirakçı arasında fərqlənməyi bacarıblar. Belə ki, yeniyetmələr arasında mübarizədə gimnastımız A.Əlizadə altı alət arasında hərəkətlərinin cəminə görə ən yüksək pillədə qərarlaşaraq, komandamızın hesabına ilk qızıl medalı yazdırıb. Bununla kifayətlənməyən A.Əlizadə sərbəst hərəkətlərdə də gümüş medal əldə edib. Bu alətdə qızıl medal isə elə digər həmyerlimiz A.Həsənova qismət olub.
A.Həsənov paralel qollardakı çıxışındakı hərəkətləri də ona qızıl medal qazandırıb. Dəstəli at üzərindəki çıxışına görə isə idmançımız ikinci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
"Bakı 2019"un idman gimnastikası yarışlarında beş alət üzrə qaliblər müəyyənləşdi
Gimnastlarımız Xorvatiyada iki medal qazandı
Yığmamızdan 3 qızıl medal
Gimnastımız Dünya Kubokunda bürünc medal qazandı
Gimnastımız Berlində iki qızıl qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası