reklam
Çempionlar Liqasında həlledici gün
Sportfm.az xəbər saytı

Çempionlar Liqasında həlledici gün


Bu həftə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi baş tutacaq.

Sportfm.az xəbər verir ki, mərasim 13 aprel Bakı vaxtilə saat 15:00-da başlayacaq.

İsverçənin Nyon şəhərində keçiriləcək püşkatmada ¼ finaldan qalib çıxan komandalar növbəti mərhələdəki rəqiblərini tanıyacaq.

Püşkatma açıq şəkildə keçiriləcək. Yəni, komandalar məxsus olduqları ölkələrdən asılı olmayaraq (eyni ölkədən olsa belə) bir-birilə qarşılaşa biləcək. Səbətdən ilk çıxacaq komanda qarşılamanın ev sahibi olacaq. Püşklər UEFA Çempionlar Liqasının səfiri Andrey Şevçenko tərəfindən çəkiləcək.

Yarımfinalın ilk oyunları 24-25 apreldə, cavab oyunları isə 1-2 may tarixlərində keçiriləcək. Final matçı isə mayın 26-da baş tutacaq.

Qeyd edək ki, Çempionlar Liqasının ¼ finalında “Barselona” - “Roma”, “Sevilya” - “Bavariya”, “Yuventus” - “Real”, “Liverpul” - “Mançester Siti” cütlükləri qarşılaşıb. 1/4 finalın cavab oyunları 10-11 aprel tarixlərində oynanacaq.

İlk oyunlarının nəticələri isə belədir:

“Barselona” (İspaniya) - “Roma” (İtaliya) - 4:1

“Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya) - 1:2

“Yuventus” (İtaliya) - “Real” (İspaniya) - 0:3

“Liverpul” (İngiltərə) - “Mançester Siti” (İngiltərə) - 3:0

Oxşar xəbərlər

Bu gün 1/8 finalın püşkü atılacaq - Çempionlar Liqası
ÇL-də 1/8 finalın püşkatmasının vaxtı məlum oldu
Çempionlar Liqası: Yarımfinal oyunlarının vaxtı məlum oldu
ÇL-də 1/2 finalın püşkü atıldı
UEFA Çempionlar Liqasının dördəbir final mərhələsinin püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər