reklam
Bu gün 1/8 finalın püşkü atılacaq -
Sportfm.az xəbər saytı

Bu gün 1/8 finalın püşkü atılacaq -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Sportfm.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qrup mərhələsindən növbəti mərhələyə vəsiqə qazanan 16 komanda iki səbətə bölünüb. Qrup liderləri səpələnmiş, ikinci yeri tutanlar isə səpələnməmişlər sırasında qərarlaşıb.

1/8 finalda eyni ölkə təmsilçiləri və eyni qrupda yer alan klublar bir-birilərinə rəqib olmayacaq. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu isə evdə keçirəcək.

Səpələnmişlər
“Bavariya” (Almaniya)
“Mançester Siti” (İngiltərə)
“Liverpul” (İngiltərə)
“Çelsi” (İngiltərə)
“Borussiya” (Dortmund, Almaniya)
“Yuventus” (İtaliya)
PSJ (Fransa)
“Real Madrid ” (İspaniya)

Səpələnməmişlər
“Portu” (Portuqaliya)
“Atalanta” (İtaliya)
“Sevilya” (İspaniya)
“Latsio” (İtaliya)
“Barselona” (İspaniya)
“Leyptsiq” (Almaniya)
“Atletiko” (Madrid, İspaniya)
“Borussiya” (Mönhenqladbax, Almaniya)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də gerçəkləşəcək.

Oxşar xəbərlər

Siyahıda 16 komandanın adı var - Çempionlar Liqası
Bu gün qrup mərhələsinin püşkü atılacaq - ÇL
1/8 finalın püşkü atıldı - Çempionlar Liqası
ÇL-də 1/8 finalın püşkatmasının vaxtı məlum oldu
Avropa Liqasında 1/16 finalın püşkü atılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər