Azərbaycan çempionunun nədən bıçaqlandığı məlum oldu -ÖZƏL
Bakının Nəsimi rayonu ərazisində boks üzrə Azərbaycan çempionunun bıçaqlandığını xəbər vermişdik.
1992-ci il təvəllüdlü Abdullayev Tamerlan Namiq oğlu iaşə obyektlərinin birində öz doğum gününü qeyd edib.
Həmin vaxt o, restoranda tanımadığı şəxslə mübahisə edib və restorandan bayıra çıxarılaraq bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. T.Abdullayev cərrahi əməliyyat olunub. Həkimlərin verdiyi məlumata görə, xəstənin vəziyyəti orta-ağırdır.
Sportfm.az saytının əldə etdiyi məlumata görə, hadisə mübahisə zəminində baş verib. Belə ki, restoranda dostlarını başına toplayıb ad günü keçirən boksçunun həmin vaxt orda olan digər şəxslə "sözləri düz gəlməyib". Məkanı tərk edən həmin şəxs "başına adam toplayaraq" geri qayıdıb. Boksçunu "söhbət etmək" üçün restorandan bayıra çağıran həmin şəxs qəfildən ona bıçaq zərbəsi endirib. Gözlənilməz zərbədən özünü itirməyən Abdullayev yaxınlıqda olan taksilərdən birinə minərək, özünü xəstəxanaya çatdırıb. Qeyd edək ki, zərbə idmançının qaraciyərini zədələyib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi açılıb.
T.Abdullayev IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları üzrə 69 kq. çəki dərəcəsində gümüş medal qazanıb. İdmançı, o cümlədən 2013-cü il boks üzrə Avropa çempionatında 1/4 finala çıxıb. 2013-cü ildə isə 69 kq. çəki dərəcəsində boks üzrə ölkə çempionu adına layiq görülüb.

Oxşar xəbərlər
Soydaşımız Rusiya çempionu oldu - Rusiyada
Millimizdə daha bir kubalı
Azərbaycan çempionu ad günündə bıçaqlandı - FOTO
Azərbaycan çempionunu əlbəyaxa davada bıçaqlandı
Boks yığmamız İslam Oyunlarının qalib oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası