Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bu onun ən məhsuldar mövsümü oldu
“Barselona”nın təcrübəli müdafiəçisi Cerard Pike karyerasının ən məhsuldar dövrlərindən birini yaşayır.
Sportfm.az xəbər verir ki, Pike təkcə mərkəz müdafiəçiliyi ilə deyil, hücum qabiliyyəti ilə də bu mövsüm futbol dünyasının zövqünü oxşayır.
Çempionlar Liqasının ¼ final mərhələsində “Roma”ya qarşı çıxışı Pikenin bu mövsüm keçirdiyi ən məhsuldar matçlarından biridir. Onun bu matç iki qolda payı olub.
Pike ümumilikdə, bu mövsüm Çempionlar Liqasında 12 qol vurub. O, bu nəticə ilə sadəcə Roberto Karlos (16) və İvan Helgueradan (15) geridə qalıb. Müdafiəçilərin qol yarışında Pikeni Serxio Ramos və Panuççi izləyir. Onların hər birinin hesabında 11 qol var.
Oxşar xəbərlər
Pike yenidən evlənir
Pike yeni sevgilisi ilə – FOTO
Prezident Pikeyə dəstək oldu - "O, “Barselona”ya çox şey verib"
Pike tarix yazdı - Çempionlar Liqası
Məşhur futbolçu klub aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası