reklam
RUSADA-nın direktoru Ermənistanda dopinq pozuntularına şərait yaratdı
Sportfm.az xəbər saytı

RUSADA-nın direktoru Ermənistanda dopinq pozuntularına şərait yaratdı


Moskva Antidopinq Laboratoriyasının (RUSADA) sabiq direktoru Qriqori Rodçenkov Ermənistan ağırlıqqaldıranlarının dopinq pozuntularını gizlədib. 

Sportfm.az xəbər verir ki, belə bir ittiham Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Layihəsi (OCCRP) tərəfindən irəli sürülüb. İddia edilir ki, RUSADA-nın keçmiş rəhbəri erməni "müştərilər"i üçün stanozolol və turinabol kimi istifadəsi qadağan olunmuş preparatlar əldə edib. Həmin dərmanlar Ukraynadan alınıb və olimpiya mükafatçıları Tiqran Martirosyanla Rimsim Xurşidyan üçün istifadə olunub. Hər iki ağırlıqqaldıran 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarının medallarından məhrum edilib. 

Bundan başqa, Rodçenkov erməni idmançıların dopinq-test nümunələrini təmiz çıxarmaqdan da çəkinməyib. 

Qeyd edək ki, Qriqori Rodçenkov 11 noyabr 2015-ci ildə istefa verib. O, təhlükəsizliyindən ehtiyatlandığı üçün 2016-cı ilin yanvarında ABŞ-a qaçıb. (report.az)

Oxşar xəbərlər

Azərbaycanlı idmançının olimpiya medalı əlindən alındı - Ağır cəza
Rio-de-Janeyro Olimpiya Oyunlarının qalibindən dopinq tapıldı
Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib
Toğrul Əsgərov Olimpiya çempionu adından məhrum edilə bilər
Dünya çempionumuzda dopinq aşkarlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər