reklam
Qırğızlar da çıxdı, biz isə...
Sportfm.az xəbər saytı

Qırğızlar da çıxdı, biz isə...


Qırğızıstan yığması ilk dəfə Asiya kubokunun final mərhələsində iştirak etmək hüququ qazanıb.

Sportfm.az xəbər verir ki, Qırğızıstan Bişkekdə Hindistana 2:1 hesabı ilə qalib gələrək, 13 xalla qrupda birinci yeri tutub. Qrupda Myanma və Makao da yer almışdı.

Qrupda 2-ci yeri tutan Hindistan da final mərhələsinə vəsiqə qazanıb. Asiya kubokunun final mərhələsi gələn ilin 5 yanvarından 1 fevralına qədər Səudiyyə Ərəbistanında keçiriləcək.

Xatırladaq ki, Qırğızıstan millisi mayın 29-da Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək. Matç Bakı Olimpiya stadionunda baş tutacaq.

Oxşar xəbərlər

Yığmamız dörddəbir finala vəsiqə qazandı - Şahmat Olimpiadası
Pakistan Asiya çempionatından imtina etdi
Asiya Kubokunda ikinci finalçı məlum oldu - Qətər
Qırğızıstan millisi Bakıda məşqə çıxdı - FOTO
Qırğızıstan yığması Bakıya gəlir - yoldaşlıq oyunu üçün

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər