reklam
Üzgüçülərimiz də medal qazana bilirmiş!
Sportfm.az xəbər saytı

Üzgüçülərimiz də medal qazana bilirmiş!


Slovakiyanın Jilina şəhərində üzgüçülük üzrə yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakterli açıq birincilik keçirilib.

Sportfm.az xəbər verir ki, yarışda ölkəmizi 9 üzgüçü təmsil edib.

Milli komandamızın üzvü Maksim Şemberev müxtəlif üsulla üzgüçülük yarışlarında 4 qızıl və 1 gümüş medal qazanıb. Həmçinin idmançımız turnirin rekordunu da yeniləyib. Digər üzgüçümüz Fatimə Alkaramova isə 3 qızıl və 2 bürünc medal əldə edib.

Yığmamızın üzvləri Ayan Kələntərova 1 qızıl, 4 gümüş, Alsu Bayramova 2 qızıl, 1 bürünc, Ramil Vəlizadə 3 gümüş, Rəşad Əlquliyev gümüş və Vəli İsrafilov isə bürünc medala yiyələniblər.

Oxşar xəbərlər

Üzgüçülərimiz 32 medal qazandı - Beynəlxalq turnir
Paralimpiyaçımız qızıl medal qazandı - Dünya çempionatı
Azərbaycan paralimpiyaçılarından 14-cü qızıl medal - Tokio-2020
Üzgüçülər Nazirliyə getdi - Foto
Maykl Felpsdən 21-ci qızıl medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər