reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" "Zirə" oyunundan sonra Gəncədə məskunlaşacaq! -Yunis Hüseynov təsdiqlədi


Azərbaycan Premyer Liqasının  təqviminə uyğun olaraq ardıcıl 3 oyununu doğma meydanda keçirəcək "Kəpəz", bu qarşılaşmalar ərəfəsində Gəncədə məskunlaşmaq niyyətindədi.

Sportfm.az bildirir ki, xəbəri təsdiqləyən "sarı göylər"in baş məşqçisi Yunis Hüseynov belə bir düşüncələrinin olduğunu söyləyib. Təcrübəli mütəxəssis "Zirə" ilə matçdan sonra Bakıya qayıtmaq istəmədiklərini bildirdi: "Əvvəlcə istəyirdik ki, "Qəbələ" ilə qarşılaşmadan 3 gün öncə Gəncəyə gələk və futbolçular şəhəri hiss etsinlər. Ardıcıl öz meydançamızda məşq edək. Ancaq müəyyən səbəblərə görə alınmadı. Ümid edirəm ki, bu dəfə istəyimiz həyata keçər. Bilirsiniz, ardıcıl olaraq "Zirə", "Keşlə" və "Qarabağ" komandalarını öz evimizdə qəbul edəcəyik. Oyundan sonra Bakıya qayıtmaqdansa, Gəncədə qalarıq. Həmin ərəfədə "Kəpəz"i Nizami Yurduna köçürməyi düşünürük".(idmanxeber.com)

Oxşar xəbərlər

Ortada qalan "Kəpəz"....
"Kəpəz" hazırlığa başladı
"Kəpəz" təlim-məşq toplanışı üçün Bakıya yollandı
“Kəpəz” Gəncədə yenə böyük hesabla məğlub oldu
"Zirə"dən iki rekord birdən!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər