Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakı "İnter"i "Anji"ni darmadağın etdi...FOTO
İyulun 12-dən 17-nə kimi Dərbənddə yeniyetmə futbolçular arasında "Tefi kuboku" uğrunda beynəlxalq turnir keçirilib. Turnirdə ölkəmizi "İnter"in U-13 komandası təmsil edib. Komanda.az xəbər verir ki, turnir 8 komandanın iştirakıyla baş tutub. Ancaq iştirakçılardan biri son anda turnirdə iştirak etməkdən imtina etdiyindən, "İnter" yarışda 2 komandayla təmsil olunub. Belə ki, "İnter"in heyətindəki 26 oyunçu hərəsində 13 futbolçu olmaqla, "İnter-1" və "İnter-2" adı altında yarışıb. "İnter-1" A qrupunda mübarizə aparıb. Komanda "Yunost"u 9:2, "Leki"ni isə 2:1 hesabıyla məğlub edib, "Anji"ylə 3:3 hesablı bərabərə qalıb. Qrupda keçirdiyi 3 oyunda 7 xal toplayan "İnter-1" finala vəsiqə qazanıb. Həlledici oyunda isə komanda meydan sahibi və yarışın təşkilatçısı "Tefi"ylə qarşılaşıb. "İnter-1" meydan sahibləriylə oyunda hesabda iki dəfə önə keçməsinə baxmayaraq, sonda 3:5 hesabıyla uduzaraq, 2-ci yerlə kifayətlənməli olub. "İnter-1"-in məğlubiyyətində hakimlərin yerli komandaya simpatiyası da az rol oynamayıb. B qrupunda yarışan "İnter-2" isə keçirdiyi 3 oyunun 2-də qalib gəlib, 1-də məğlub olub. Komanda turnirdə keçirdiyi ilk oyunda Mahaçqalanı təmsil edən Markarov adına məktəbin komandasına qalib gəlib - 4:1. Xatırladaq ki, bu məktəb vaxtilə "Anji"nin heyətində 300-dən çox oyun keçirmiş Aleksandr Markarovun şərəfinə adlandırılıb. Məktəbin yaradıcısı Markarovun oğludu. Komanda növbəti oyunlarda "Tefi"yə uduzub (1:4), "Alaniya"nı isə darmadağın edib (5:1). Qrup mərhələsini 2-ci pillədə başa vuran "İnter-2" 3-cü yer uğrunda mübarizə aparmaq şansı qazanıb. Komanda "Anji"ni 3:0 hesabıyla məğlub edərək, turniri 3-cü pillədə başa vurub. Turnirin sonunda fərqlənən oyunçular müxtəlif nominasiyalarda mükafatlandırılıb. "İnter"in 4 futbolçusu müxtəlif nominasiyalarda mükafatlara layiq görülüblər. 6 qolla komandanın turnirdə ən sərrast futbolçusu olan müdafiəçi Əbil Əbilov turnirin ən yaxşı oyunçusu seçilib. Yarımmüdafiəçi Seymur Məmmədov "ən texnikalı oyunçu", Hümmət Məmmədov və Həbib İsmayılov isə "azarkeş simpatiyası" mükafatına layiq görülüblər. "İnter"in hər iki komandasının baş məşqçisi Eldar Ağaxanov isə turnirin ən yaxşı məşqçisi mükafatına layiq görülüb.
Oxşar xəbərlər
Messi qol vurdu, "İnter Mayami" bərabərə qaldı
Messi ilk oyunda "İnter Mayami"yə qələbə qazandırdı
"İnter"in 25-ci ev qələbəsi
"İnter" Gürcüstan toplanışını başa vurdu
“İnter” Türkiyə toplanışını məğlubiyyətlə bitirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası