"Balığın" dirisi də suda, ölüsü də! -Ölüm hekayəsi
Rusiyalı gənc üzgüçü çempion olduqdan sonra hovuzda dünyasını dəyişib.
Sportfm.az xəbər verir ki, bu dramatik hadisə Rusiyanın Obninsk şəhərində baş verib. 50 metr brass üsulu ilə mübarizədə yarışan Mixail Muxodinov ümumi hesabda birinci olmağı bacarıb. Finişə birinci çatan idmançı hovuzdan çıxmaq üçün pilləkənə doğru üzmək istəyərkən birdən hərəkətsiz qalıb. Suyun dibinə gedən Mixaili xilas etmək üçün digər idmançı Nikolay Skrovtsov özünü yetirib. Hovuzdan kənara çıxarılan idmançının huşunu itirdiyi məlum olub. Gəncə ürək massajı, süni nəfəs etsələr də, o ayılmayıb. Təcili tibbi yardımla xəstəxanaya çatdırılan Muxodinovu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu 2018-ci ildə Rusiyada üzgüçülər arasında baş verən ikinci ölüm hadisəsidir.
Oxşar xəbərlər
17 yaşlı futbolçu dünyasını dəyişdi - Məşq zamanı
14 yaşlı yeniyetmə yaşıl meydanda öldü - Hadisə
Ad günündən bir gün sonra öldü
Çempion 17 yaşlı gənc tərəfindən öldürüldü
Futbolçu isinmə hərəkətləri zamanı dünyasını dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası