Şevçenko və Abidal kimləri bir-birinə rəqib edəcək?
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportfm.az xəbər verir ki, mərasimdə ÇL-in püşkünu Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko, AL-inkini isə final matçının səfiri Erik Abidal çəkəcək.
Püşk nəticəsində 8 komanda 4 cütə bölünəcək. Bu komandalar aşağıdakılardır.
Çempionlar Liqası:
"Real Madrid" (İspaniya)
"Barselona" (İspaniya)
"Sevilya" (İspaniya)
"Bavariya" (Almaniya)
"Yuventus" (İtaliya)
"Roma" (İtaliya)
"Liverpul" (İngiltərə)
"Mançester Siti" (İngiltərə)
Avropa Liqası
"Latsio" (İtaliya)
"Atletiko" (İspaniya)
"Sportinq" (Portuqaliya)
"Marsel" (Fransa)
Leyptsiq" (Almaniya)
"Arsenal" (İngiltərə)
"Zalsburq" (Avstriya)
MOİK (Rusiya)
Püşkatma zamanı komandaların səpələnmiş və ya səpələnməmiş səbətinə bölünməsi və ya eyni ölkə komandalarının bir-biri ilə düşməməsi halları olmayacaq. Yəni cütlərin tərkibi kor püşk nəticəsində müəyyənləşəcək.
ÇL-in ilk oyunlar 3-4 aprel, cavab qarşılaşmaları isə 10-11 apreldə, AL-in ilk oyunlari isə aprelin 5-i, cavab qarşılaşmaları isə aprelin 12-si olacaq.
İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək.
Çempionlar Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da, Avropa Liqasının ki isə 16:00-da başlanacaq
Oxşar xəbərlər
1/8 final mərhələsinin püşkü yenidən atıldı - Çempionlar Liqası
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında və Avropa Liqasında püşkatma
UEFA Çempionlar Liqasının dördəbir final mərhələsinin püşkü atıldı
Bu gün Çempionlar Liqası və Avropa Liqasında püşk atılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası