reklam
Millimizin türkiyəli futbolçusu komandadan uzaq qaldı
Sportfm.az xəbər saytı

Millimizin türkiyəli futbolçusu komandadan uzaq qaldı


Türkiyənin I Liqa klubu "Samsunspor"un futbolçusu Ufuk Budak Azərbaycan milli komandasının mart toplanışında iştirak edə bilməyəcək.

Sportfm.az xəbər verir ki, XXVII turda səfərdə "Qaziantepspor"a 1:2 hesabı ilə uduzduqları görüşdə qasıq nahiyyəsində problem yaranan 28 yaşlı sol cinah müdafiəçisi yığmanın düşərgəsinə gələ bilməyəcəyi üçün üzrxahlıq edib.

Onun zədə üzündən martın 18-də "Boluspor"la səfər matçında da iştirak etməyəcəyi bildirilir. Budakın aprelin 1-də XXIX turda "Adanaspor"la səfər oyununda oynaya biləcəyi ehtimal edilir.

Qeyd edək ki, daha əvvəl Türkiyə mətbuatı Qurban Qurbanovun Ufuk Budakı martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə keçiriləcək yoldaşlıq oyunları üçün milliyə dəvət etdiyini yazıb. (report.az)

Oxşar xəbərlər

Millimizin üzvündən məhsuldar ötürmə
Azərbaycan millisinin futbolçusu "Samsunspor"a jest etdi
Millimizin futbolçusu:"Yaxşı dostluq mühiti var"
Qurban Qurbanov türk futbolçunu milliyə dəvət etdi
Yığmamıza lazım olmayan futbolçu Türkiyə klubu ilə anlaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər