reklam
ÇL: Matçlar İngiltərə və İtaliyada baş tutacaq
Sportfm.az xəbər saytı

ÇL: Matçlar İngiltərə və İtaliyada baş tutacaq


Bu gün futbol üzrə Çempionlar Liqasının səkkizdəbir final mərhələsində növbəti cavab oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, İngiltərə və İtaliyada baş tutacaq matçlardan sonra daha iki komanda dörddəbir finala vəsiqə qazanacaq. “Mançester Yunayted” doğma meydanda “Sevilya”nı qəbul edəcək. Bu komandaların ilk görüşü qolsuz heç-heçə ilə nəticələnib.

Ukraynada “Şaxtyor”a 1:2 hesabı ilə uduzan “Roma” cavab qarşılaşmasında növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdır.

Xatırladaq ki, İspaniyanın “Real Madrid”, İtaliyanın “Yuventus”, İngiltərənin “Liverpul” və “Mançester Siti” komandaları dörddəbir finala vəsiqəni təmin ediblər.

Oxşar xəbərlər

“Real” və “Napoli” növbəti mərhələdə - Çempionlar Liqası
1/4 finalın son iştirakçıları məlum olacaq - Çempionlar Liqası
İngiltərə kubokunun dörddəbir final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında həlledici gün
"Mançester Siti" məğlubiyyət, "Yuventus" qələbə ilə 1/4 finalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər