Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çempionlar Liqası: "Qarabağ" üçün Çexiya çempionu
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılacaq. Sportfm.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da növbəti mərhələdəki rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisi püşk zamanı səpələnməmişlər səbətində yer alacaq. Bu isə son Azərbaycan çempionunu daha güclü rəqiblə üz-üzə qoyacaq. Lakin bunun üçün Qurban Qurbanovun komandası hələ ikinci təsnifat mərhələsindəki rəqibini - Lüksemburqun "Düdelanj" klubunu mübarizədən kənarlaşdırmalıdır. Bakıda keçirilən ilk oyunda rəqibinə 2:0 hesabı ilə qalib gələn "Qarabağ" səfərdə də bu üstünlüyünü qorumağa çalışacaq.
Bu rəqibini mübarizədən kənarlaşdıracağı halda isə, "Qarabağ"ı Çexiyaya səfər gözləyir. Ağdam klubu bu ölkənin "Viktoriya" (Plzen) komandası ilə qarşılaşmalı olacaq. İlk oyun Çexiyada keçiriləcək.
"Viktoriya" Plzen (Çexiya) - "Qarabağ" (Azərbaycan) / "Düdelanj" (Lüksemburq)
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək.
Oxşar xəbərlər
"Qarabağ"ın 3-cü mərhələdəki potensial rəqibi məlum oldu
"Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Çempionlar Liqası
Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılır
Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atıldı
Avropa Liqası: “Qəbələ”, “Neftçi” və “Kəpəz” üçün çətin rəqiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası