Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kəpəz" uduzur, kapitanı rekord vurur
Azərbaycan Premyer Liqasının 17-ci turu “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, “Qarabağ”la səfər qarşılaşması (1:0) 30 yaşlı yarımmüdafiəçinin Azərbaycan çempionatlarında 200-cü oyunu olub. 2007/08 mövsümündə Premyer Liqada debüt edən Rəhimov bu 11 çempionatda 5 klubun şərəfini qoruyub. Hesabında 10 qol olan yarımmüdafiəçi “Kəpəz”də 78 (6 qol), AZAL-da 56 (2 qol), “Rəvan”da 31 (1 qol), “İnter”də 23, “Karvan”da 12 (1 qol) oyuna çıxıb.
Şəhriyar Azərbaycan çempionatlarında 200 və ya daha çox oyun keçirən 122-ci futbolçudu.
Oxşar xəbərlər
“Neftçi”nin futbolçuları üçün yubiley oyunu - Misli Premyer Liqası
Ramil, Rahil və Kevin...
"Şamaxı"nın kapitanı 9-cu oldu
“Səbail”in futbolçusu üçün yaddaqalan tur
Tural Axundov 250-yə çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası