reklam
Azərbaycanlı futbolçu rəsmən Türkiyə klubunda - FOTOLAR
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçu rəsmən Türkiyə klubunda - FOTOLAR


"Trabzonspor” azərbaycanlı futblolçu Ramil Şeydayevlə müqavilə imzalayıb. Qol.az-ın xəbərinə görə, bu haqda "NTV Spor" məlumat yayıb. Onunla 4 illik müqavilə imzalandığı bildirilib. Klubun rəsmi saytında verilən xəbərdə isə bildirilir ki, gənc hücumçu razılığıa gəlinib. O, tibbi müayinədən uğurla keçib. Bundan sonra Şeydayev komandanın Slovakiyadakı təlim-məşq toplanışına qatılacaq.

"NTV Spor”un xəbərinə görə, azad agent kimi "Trabzonspor”a keçən 20 yaşlı gənc hücumçu 2016/17 mövsümündə 430 min, 2017/18 mövsümündə 350 min, 2018/19 mövsümündə 400 min, 2019/20 mövsümündə 450 min avro maaş alacaq.

Əlavə edək ki, Rusiyanın "Zenit” klubu ilə müqavilə bitən Şeydayev bir müddət əvvəl Azərbaycan millisində oynamaqdan imtina etmişdi. Bugünlərdə isə o, milli komandamızda çıxış etmək istədiyini açıqlayıb. Rusiya mətbuatının yazdığına görə, Şeydayev Azərbaycan vətəndaşlığı alıb millimizdə oynamaq üçün  AFFA ilə danışıqlara başlayıb.
 
Azərbaycanlı futbolçu rəsmən Türkiyə klubunda - FOTOLAR
  
 
Azərbaycanlı futbolçu rəsmən Türkiyə klubunda - FOTOLAR

Oxşar xəbərlər

Ramil Şeydayev rəsmən "Kocaelispor"da
"Şeydayev futbol fəlsəfəmizə uyğundur" - "Jilina"nın baş məşqçisi
"Trabzonspor"dan Ramil Şeydayevə jest - FOTO
Ramil Şeydayev ilk məşqinə çıxdı - VİDEO
Azərbaycanlı futbolçu Azərbaycanla danışıq aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər