reklam
Rusiya klubu Avropa Liqasının 1/8 finalında -
Sportfm.az xəbər saytı

Rusiya klubu Avropa Liqasının 1/8 finalında -FOTO


Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində 1 görüş keçirilib.

Sportfm.az xəbər verir ki, MOİK "Srvena Zvezda"nı qəbul etdi.

15 ildən çoxdu avrokuboklarda müntəzəm iştirak edən komandalar Serbiyada qolsuz bərabərə qaldıqlarından, şanslar bərabər göstərilirdi. Təbii ki, "Srvena Zvezda"nın səfərdə vuracağı hər qol rusiyalılar üçün 2 topa bərabər olacaqdı.

Lakin həm heyət, həm də təcrübə baxımından daha üstün olan MOİK cütlüyün favoriti idi. 2004-05 mövsümündə bu kuboku muzeyinə aparan "hərbçilər" Avropa Liqası ilə erkən vidalaşmaq niyyətində deyildilər.

UEFA Avropa Liqası

1/16 final mərhələsi (cavab oyunu)

21 fevral

MOİK (Moskva, Rusiya) - "Srvena Zvezda" (Serbiya) - 1:0

Qol: Dzaqoyev, 45+1

Baş hakim: Jorje Souza (Portuqaliya)

"VEB Arena", Moskva

İlk oyun - 0:0

Qeyd edək ki, mərhələnin digər 15 oyunu fevralın 22-də keçiriləcək.

Oxşar xəbərlər

Pley-off mərhələsi böyükhesablı qələbə ilə başladı - Avropa Liqası
Fanatlar yenə iş başındadı - UEFA Serbiya klubunu cəzalandırdı
Avropa Liqasında bütün 1/8 finalçılar müəyyənləşdi
Avroliqa: Rusiya klubu üçün uğurlu nəticə
Avropa Liqasında 1/16 final mərhələsi start götürür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər