Avropa Liqasında 1/16 final mərhələsi start götürür
Avropa Liqasında 1/16 final mərhələsinə start verilir. Bu gün cəmi 1 qarşılaşma baş tutacaq.
Sportfm.az xəbər verir ki, Moskva MOİK-i günün yeganə matçında "Srvena Zvezda"nın qonağı olacaq. Çempionlar Liqasında "Mançester Yunayted", "Bazel" və "Benfika" ilə birgə yer aldığı qrupda 3-cü yeri tutaraq Avroliqaya yollanan rusiyalılar cütün favoriti hesab edilirlər. Hər halda komandaların heyətləri və avrokubok təcrübəsi belə düşünməyə əsas verir.
Ardıcıl 5 mövsümdü Çempionlar Liqasının qrupunda iştirak edən MOİK 2002-03-dən bəri müntəzəm Avropa arenalarında mübarizə aparır. "Hərbçilər" hətta 2004-05 mövsümündə UEFA Kubokunun (hazırkı Avropa Liqasının) qalibi də olub. "Srvena Zvezda" isə son 10 ildə ikinci dəfə Avroliqanın qrupuna düşməklə və "Köln"lə, BATE-ni qabaqlamaqla öyünə bilər.
1/16 final mərhələsinin digər 15 oyunu fevralın 14-də keçiriləcək. (apasport.az)
Avropa Liqası. 1/16 final mərhələsi, ilk oyun
13 fevral
21:00. "Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya)
Baş hakim: Pavel Raçkovski (Polşa)
"Rayko Mitiç" stadionu, Belqrad
Oxşar xəbərlər
Pley-off mərhələsi böyükhesablı qələbə ilə başladı - Avropa Liqası
Pley-off mərhələsi başlayır - Çempionlar Liqası və Avropa Liqası
"Beşiktaş" mübarizəyə başlayır - Çempionlar Liqası
Rusiya klubu Avropa Liqasının 1/8 finalında - FOTO
Avroliqa: Rusiya klubu üçün uğurlu nəticə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı
-
FİFA referimizə UEFA-dan təyinat
-
Tennisçilərimiz Latviyaya yollandı
-
MOİK-dən inamlı qələbə - I Liqa














Misli Premyer Liqası