reklam
Azərbaycanlı gimnast Moskvada 14-cü oldu, Buenos-Ayresə yollanacaq
Sportfm.az xəbər saytı

Azərbaycanlı gimnast Moskvada 14-cü oldu, Buenos-Ayresə yollanacaq


Azərbaycan gimnastı Dərya Farşbafşəhriyari Gənclər arasında III Olimpiya oyunlarına vəsiqə qazanıb. Yarışlar 6-18 oktyabrda Buenos-Ayresdə keçiriləcək.

Sportfm.az xəbər verir ki, kvalifikasiya yarışları Rusiyada bədii gimnastika üzrə "Qran-pri Moskva" turniri çərçivəsində keçirilib.

Yarışlarda Avropanın müxtəlif ölkələrini təmsil edən 50-dən çox idmançı iştirak edib.

Dərya Farşbafşəhriyari 14-cü yeri tutaraq gənclər arasında Olimpiadaya vəsiqə qazanıb.

Qeyd edək ki, turnirdə ölkəmizi təmsil edən digər idmançı Yelizaveta Luzan 35-ci olub. 

Oxşar xəbərlər

Avropa çempionatında iştirak edəcək millimizin heyəti - SİYAHI
Buenos-Ayresdə çıxış edənlər Bakıda bilinəcək
Gimnastlarımız Belçikada ən yüksək əyarlı medal qazandı
Gimnastlarımız 3, 4 və 5-inci sıralarda qərarlaşdı
Bakı Olimpiya Oyunlarının təsnifat yarışlarına ev sahibliyi edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər