reklam
Gimnastlarımız 3, 4 və 5-inci sıralarda qərarlaşdı
Sportfm.az xəbər saytı

Gimnastlarımız 3, 4 və 5-inci sıralarda qərarlaşdı


12-15 yanvar tarixlərində Oslo şəhərində (Norveç) bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.

Sportfm.az xəbər verir ki, yarışlarda ölkəmiz həm gənclər, həm də böyüklər yaş kateqoriyasında təmsil olunub. Yığma komandamızın gənc gimnastlarından Dərya Farşbafşəhriyari ən yaxşı nəticəsini lentlə göstərərək 4-cü yerdə qərarlaşıb. Komanda yoldaşı Yelizaveta Luzan isə gürzlərlə çıxışına görə 5-ci olub.

Turnirdə hesabımıza yeganə medalı böyüklər arasında çıxış edən Darya Sorokina yazdırıb. Gimnastımız halqa ilə final çıxışında yalnız Sloveniya və Ukrayna təmsilçilərindən geri qalaraq bürünc medala layiq görülüb.

Oxşar xəbərlər

Bədii gimnastlarımızdan üzücü nəticə - 11-ci və 22-ci
Avropa çempionatında iştirak edəcək millimizin heyəti - SİYAHI
Bakıdakı beynəlxalq turnirə yekun vuruldu - FOTO
Gimnastlarımız Belçikada ən yüksək əyarlı medal qazandı
Azərbaycanlı gimnast Moskvada 14-cü oldu, Buenos-Ayresə yollanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər