reklam
Sportfm.az xəbər saytı

"Bunlar nəticədə təsdiqini tapdı" -Roman Qriqorçuk


Topaz Premyer Liqasının 16-cı turunun “Qəbələ” – “Zirə” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Sportfm.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib:

“Əvəzetmələrin hesabına qalib gəldiyimizi deyə bilmərik. Oyunçu dəyişikliklərindən sonra meydanda olan heyətin daha düzgün oynadığını söyləmək mümkündü. Onlar bizə lazım olan kimi oynadılar. Bu da ikinci hissədə də bizim üsluba, yanaşmamıza uyğun idi. Bütün bunlar nəticədə təsdiqini tapdı. Biz də müqayisə üçün məlumat əldə etdik ki, necə etmək lazımdı, necə lazım deyil. Voyislav Stankoviçin yoxluğunda Ürfan Abbasovun mərkəz müdafiəçisi mövqeyində yer almasına gəlincə, biz hər addımı atanda dərindən ölçüb-biçirik. Bundan sonra qərar veririk. Belə olanda heç vaxt sonradan peşman olmursan. Çünki məsələylə bağlı çox düşünmüsən. Heç kim deyə bilməz ki, başqa cür olsaydı, necə nəticələnərdi. Düşünürəm ki, çox düzgün etmişik. Təmkin Xəlilzadə hələ komandaya tam adaptasiya olmayıb. Bunun üçün ona vaxt lazımdı. Bununla bağlı narahat deyilik. Mən ona inanıram. Düşünürəm ki, müəyyən müddətdən sonra bizim üsluba, bizim yanaşmaya uyğun oynayacaq”. (komanda.az)

Oxşar xəbərlər

"Futbolçudan əvvəlki performansını tələb edə bilmərik" - Qurban Qurbanov
"Alınsa, Alper Portuk olacaq, alınmasa, heç kim" - Qurban Qurbanov
Roman Qriqorçuk: Olmayan foldan sonra cərimə zərbəsindən qol buraxmaq çox mənfi haldır
Qriqorçuk "Sumqayıt"la oyundan sonra "Qarabağ"dan danışdı: Razıyam ki...
Roman Qriqorçuk: "Hər üç rəqibimizdən zəifik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər