"Real"dan "comeback", "Liverpul"dan səfərdə möhtəşəm qələbə
Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti matçları keçirilib.
Sportfm.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.
Ardıcıl iki mövsüm turnirin qalibi olan “Real Madrid” "Santyaqo Bernabeu" stadionunda favoritlərdən sayılan Fransa təmsilçisi PSJ-ni qəbul edib. Görüş Ronaldunun dublu sayəsində 3:1 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.
Cavab qarşılaşması martın 6-da Parisin "Park de Prens" stadionunda keçiriləcək.
Digər qarşılaşma Portuqaliyanın "Draqau" stadionunda baş tutub. Burada "Liverpul"u qəbul edən yerli "Portu" klubu böyükhesablı məğlubiyyətlə üzləşib.
Qonaqların heyətində Mane het-trikə imza atıb.
Komandalar arasında cavab qarşılaşması martın 6-da "Liverpul"un "Enfild" stadionunda keçiriləcək.
Çempionlar Liqası. 1/8 final. 1-ci matçlar
"Real" – PSJ - 3:1
Qollar: 0:1 – Rabio – 33, 1:1 – Ronaldu – 45 (pen), 2:1 – Ronaldu – 83, 3:1 – Marselo – 86
"Portu" – "Liverpul" - 0:5
Qollar: 0:1 – Mane – 25, 0:2 – Salah – 29, 0:3 – Mane – 53, 0:4 – Firmino – 69, 0:5 – Mane – 85
Oxşar xəbərlər
“Real” “Liverpul”a, “Bayern” PSJ-yə rəqib oldu - Çempionlar Liqası
PSJ “Real”a qarşı - Çempionlar Liqası
“Bavariya” PSJ-yə qarşı - Çempionlar Liqası
Liverpul” “Leyptsiq”ə qarşı - Çempionlar Liqası
"Qarabağ" "Milan" və "Feyenord"u qabaqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası