reklam
Qızını xilas etmək üçün stadionda pankart açdı -
Sportfm.az xəbər saytı

Qızını xilas etmək üçün stadionda pankart açdı -FOTO


2017-ci ildə İstanbulda yaşayan 9 yaşındakı Betül Tonqalda nadir rast gəlinən AML(Sümük iliyi xərçəngi)xəstəliyi aşkarlanıb.

Sportfm.az xəbər verir ki, həkimlər kiçik qızcığazı yalnız bir halda - ona yeni sümük iliyi nəql ediləcəyi təqdirdə, xilas edə biləcəklərini açıqlayıb. Əvvəlcə ailəsi və yaxınları analiz üçün xəstəxanaya dəvət edilən Betülün iliyinə uyğun ilik tapılmayıb. Bunun üzərinə Betülün atası Duran Tonqal diqqətləri üzərinə çəkmək və qızına uyğun ilik tapmaq ümidi ilə "Beşiktaş"ın "Kardemir Karabükspor"u 5:0 məğlub etdiyi görüşdə pankart açıb. 

Qeyd edək ki, ilik xərçəngi sümük iliyində müəyyən dəyişikliklər nəticəsində yaranır. Xəstəliyin ilkin əlamətləri səbəbsiz hərarətin artması, orqanizmə daxil olan hərarətsalıcı dərmanların effektsiz olmasıdır. Bundan başqa, xəstələrin sümüklərində möhkəm ağrılar olur. Çox vaxt bunu səhvən başqa xəstəliklərlə qarışdırırlar və müalicəni tam başqa üsulla aparırlar. Belə xəstələrdə çox vaxt əhval-ruhiyyə pisləşir. Bu da xərçəng xəstəliklərinin hamısı üçün xarakterik olur.

 

 

 

Oxşar xəbərlər

"Atəş daha mavi yansın" deyərək, klubu xilas etməyə çalışırlar - FOTO
Uşaq futbolunda rast gəlinən zədələr və xəstəliklər
Uşaq futbolunda rast gəlinən zədələr və xəstəliklər
Uşaq futbolunda rast gəlinən zədələr və xəstəliklər - ARAŞDIRMA
"Kəpəz"in məşqi başqa stadionda keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər