reklam
Azərbaycan Super Liqasının qalibi məlum oldu -
Sportfm.az xəbər saytı

Azərbaycan Super Liqasının qalibi məlum oldu -Marafon hamıdan güclüdür


İlk dəfə keçirilən futtennis üzrə Azərbaycan Super Liqasına yekun vurulub.

Sportfm.az xəbər verir ki, ötən il Azərbaycan Futnet Federasiyasının(AFNF) təşkilatçılığı ilə bu idman növü üzrə ilk dəfə baş tutan Azərbaycan Kuboku uğrunda yarışdan sonra bu dəfə 12 komanda ölkə çempionatında mübarizə aparıb. A və B qruplarına bölünən klubların arasında ölkə kubokunu başı üzərinə qaldıran "Neftçi" İK, iddialı "Yeni Günəşli", "Marafon" yer alırdı. Ötən il dekabrın 14-də, Marafon İdman Klubunda start götürən Super Liqanın 1/4 final qarşılaşmalarında "Marafon" "Meqa"ya 2:0, "Zirvə" "Yasamal"a eyni hesabla qalib gələrək, yarımfinala adlayıb. "Şuşa-2017" "Atletiko Baku"dan güclü olub. Bu mərhələnin sonuncu matçı gərgin mübarizəyə səhnə olub. Belə ki, Azərbaycan Kubokunun qalibi "Neftçi" İK ilk setdə məğlub olsa da, ikinci setdə 8:0 hesabı ilə öndə olmasına baxmayaraq, "Yeni Günəşli" qarşısında tab gətirə bilməyib. Yarımfinala vəsiqə əldə edən "Yeni Günəşli" bu mərhələdə "Marafon"a yenilib. Digər cütlükdə isə "Zirvə" "Şuşa-2017"-ni mübarizədən kənarlaşdıraraq, finalda çıxış etmək hüququ qazanıb. Super Liqada üçüncülük "Yeni Günəşli"yə qismət olub. Onlar "Şuşa-2017"-yə heç bir şans verməyib. İki hissədən ibarət final görüşündə turnirboyu əla çıxışı ilə yadda qalan "Marafon"un "trio"su Rasif Səfiyarov, Rəvan Abdullayev və Fəyar Hüseynov "Zirvə"yə 2:0 hesabı ilə qalib gələrək, Azərbaycan Super Liqasının qalibi ünvanını əldə edib. AFNF-in prezidenti Vüqar Xəlilov qaliblərə kubok, diplom və pul mükafatları təqdim edib. Finalçılar və üçüncü olan "Yeni Günəşli" komandaları da öz hədiyyə və diplomlarını federasiyasın İcraiyyə Komitəsinin üzvü Kamal Məmmədovun əllərindən alıblar. 

Futtennis üzrə Azərbaycan Super Liqası 

10 fevral 

Final 

Marafon - Zirvə 2:0 

Oxşar xəbərlər

Azərbaycan Super Liqasının final mərhələsinin keçirilmə vaxtı məlum oldu
"Atletiko" Şuşa"ya, "Neftçi" "Yeni Günəşli"yə rəqib oldu
"Neftçi" Super Liqada ilk məğlubiyyətini aldı
"Yeni Günəşli" Super Liqada itkisiz irəliləyir - FOTO
"Şuşa" komandası Super Liqada ilk qələbəsini rəsmiləşdirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər