reklam
FİFA-dan daha bir yenilik:
Sportfm.az xəbər saytı

FİFA-dan daha bir yenilik:Yığmaların iştirakı ilə bağlı


Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında yığma komandaların ilkin iştirak ərizələrindəki oyunçu sayı artırılıb. 

Sportfm.az xəbər verir ki, bu barədə DÇ-2018-in Təşkilat Komitəsi qərar qəbul edib.

FİFA mətbuat xidmətinin yaydığı press-relizdə deyilir: "Yığma məşqçilərinin istəklərini nəzərə alan Təşkilat Komitəsi geniş iştirak ərizəsinə salınacaq oyunçuların sayının 30-dan 35-ə artırılmasına razılıq verib. Bundan başqa, FİFA milli federasiyanın razılığı ilə geniş heyəti açıqlaya bilər. Bu düzəlişlər martın 16-da FİFA Şurasının iclasında təsdiqlənməlidir".

DÇ-2018-də yığmaların ilkin iştirakçı siyahısı FİFA-ya mayın 14-dək, 23 oyunçudan ibarət yekun ərizə isə iyunun 4-dək təqdim olunmalıdır.

Qeyd edək ki, dünya çempionatı 14 iyun - 15 iyulda keçiriləcək. 

Oxşar xəbərlər

“Qarabağ” FİFA-23-də yer alacaq
Əvəzetmələrin sayı artırılsın - FIFA təklif etdi
Maradona FIFA-nı tənqid etdi
İnfantino inadından əl çəkmir
Azərbaycan Premyer Liqası gələn mövsüm də tez yekunlaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər