reklam
Azərbaycan Premyer Liqası gələn mövsüm də tez yekunlaşacaq
Sportfm.az xəbər saytı

Azərbaycan Premyer Liqası gələn mövsüm də tez yekunlaşacaq


Sportfm.az xəbər verir ki, ali futbol qurumunun İsveçrənin Sürix şəhərində keçirilən iclasında daxili birinciliklərin bitmə vaxtı müəyyənləşib.

Qərara əsasən, 2017/2018 mövsümündə Çempionlar Liqasının finalına qədər bütün çempionatlar yekunlaşmalıdır. Müəyyən istisnalar yalnız FİFA Şurasının razılığından sonra ola bilər.
Ali futbol qurumu 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı səbəbindən bu addımı atıb. Çempionata 2018-ci il iyunun 14-də start veriləcək.

Qeyd edək ki, FİFA-nın son iclasında 2026-cı ildən etibarən dünya çempionatlarında 48 yığma komandanın iştirak edəcəyinə dair qərar qəbul olunub. 2017/2018 mövsümündə Çempionlar Liqasının finalı Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. 
 
Report.az

Oxşar xəbərlər

2018-ci ildə Avroliqanın finalı bu şəhərdə keçiriləcək
FİFA-dan Rusiyaya dünya çempionatı qadağası
UEFA-nın yeni baş katibi müəyyənləşdi
Çempionlar Liqasının finalı harda keçiriləcək?
Bakıda ilk dəfə cüdo üzrə dünya çempionatı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər