reklam
“Qəbələ” klubu Türkiyə toplanışını başa vurdu
Sportfm.az xəbər saytı

“Qəbələ” klubu Türkiyə toplanışını başa vurdu


2017-2018-ci il mövsümünün ikinci yarısına hazırlaşan “Qəbələ” futbol klubu Türkiyə toplanışını başa vurub.

Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya hazırlığının ikinci mərhələsinin 15-ci gününü bir məşqlə yekunlaşdırıb. Günün ilk yarısına təsadüf edən hazırlıq prosesi fiziki çalışmalardan ibarət olub. Fitnes zalında çalışan futbolçular qruplar şəklində müxtəlif təmrinləri icra ediblər. Bu məşqlə toplanışı yekunlaşdıran “Qəbələ” günün ikinci yarısında Vətənə dönüb.

Xatırladaq ki, “qırmızı-qaralar” yanvarın 5-dən 17-dək və 21-dən fevralın 4-dək davam edən iki mərhələdən ibarət hazırlıq prosesində 6 yoxlama oyunu keçirib. Komandamız Antalya toplanışında Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3), Çexiyanın “Bohemians” (1:3) və Makedoniyanın “Şkendiya” (0:2) klubları ilə üz-üzə gəlib.

Oxşar xəbərlər

“Qəbələ”nin toplanışı davam edir
"Qəbələ" Sloveniyanı məğlubiyyətlə tərk etdi
"Qəbələ" toplu və topsuz çalışdı
“Qəbələ” klubu qış təlim-məşq toplanışına start verdi
“Qırmızı-qaralar”ın hazırlıq planı müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər