reklam
Antipov memorialının qalibləri müəyyənləşdi -
Sportfm.az xəbər saytı

Antipov memorialının qalibləri müəyyənləşdi -Bakıda


Fevralın 3-də Respublika Olimpiya Mərkəzində SSRİ və Azərbaycanın Əməkdar İdman Ustası Aleksandr Antipovun xatirəsinə həsr olunan beynəlxalq atletika turniri başa çatıb. Azərbaycan, Rusiya və Gürcüstandan olan iki yaş qrupundakı atletlərin yarışında 50-dək idmançı iştirak edib.

Sportfm.az xəbər verir ki,  yarışda atletlər uzunluğa tullanma, üçtəkanla tullanma və yakut tullanmaları üzrə mübarizə aparıblar.

Turnirin sonuncu günündə yakut tullanmaları üzrə qaliblər müəyyənləşib.

"Kıllı" növü üzrə yarışda qadınların mübarizəsində Səbinə Zralova, kişilər arasında isə Səid Nəcəfzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

"İstanqa" növündə qadınların mübarizəsində Azərbaycan idmançısı Səbinə Zralova birinci olub. Kişilərin yarışında isə Rüstəm Məmmədov fərqlənib.

"Kuobax" yarışlarında Fəxriyyə Tağızadə və yakut atleti Dmitri Dmitriyev rəqiblərini üstələyərək birinci yeri tutublar.

Üçnövçülükdə isə Səbinə Zralova və Səid Nəcəfzadə birinci pillədə qərarlaşıblar.

Oxşar xəbərlər

Zralova Azərbaycanı beynəlxalq turnirdə təmsil edəcək
Bakıda dünya çempionatının qalibləri mükafatlandırıldı
BMX üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşdi - FOTO
Qılıncoynatma üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu
Qazax və rus idmançılar Bakıda yakut tullanmada - Yubiley turniri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər