Malta yığmasının baş məşqçisi: Udmağa çalışacağıq
“Bir tərəfdən sevindim, digər tərəfdən qrupumuzun çətin olduğunu anlayıram”.
Sportfm.az xəbər verir ki, bunu UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Malta yığmasının baş məşqçisi Tom Saintfit deyib.
Püşkü dəyərləndirən 45 yaşlı belçikalı mütəxəssis bildirib ki, onları çətin matçlar gözləyir: “Amma ən azından 1-2 oyunu udmağa çalışacağıq. Öz səviyyəmizdə olan komandalarla qarşılaşmaq maraqlıdır. Gərək, Kosova yığmasını öyrənək. Biz oyun tərzimizi dəyişə və daha pozitiv, hücum futbolu sərgiləyə bilərik. Bu da öz növbəsində qolların və xalların sayında özünü göstərəcək. Bu, bizim məqsədimizdir. Rəqiblərimizi zəif hesab etmirik”.
Qeyd edək ki, D Liqasında mübarizə aparacaq Azərbaycan millisi Malta, Kosovo və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb.(report.az)
Oxşar xəbərlər
"Qrupda ən yaxşı komanda olduğumuzu deyirlər" - Bernard Şalland
Maltanın məşqçisi: "Millətlər Liqasına macəra kimi baxırıq"
Baş məşqçi yığmamızı güclü rəqib saymır! - Açıqlama
Millimizin məşqçisi rəqiblərimizi izləməyə gedir
Kosovo Futbol Federasiyasının prezidenti Azərbaycan yığmasını təriflədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası