Şəhidlərin xatirəsinə turnir keçirildi
111 nömrəli orta məktəbin idman zalında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” idman klubunun 20 Yanvar şəhidlərinin xatirəsinə şaolin döyüş sənəti üzrə açıq birinciliyi keçirilib.
Sportfm.az xəbər verir ki, yarışda 13 komandadan 168 idmançı bacarığını nümayiş etdirib. Birincilikdə 2001-2003, 2004-2006, 2007-2009, 2010-2012-ci il təvəllüdlü kiçikyaşlı yeniyetmələr, yeniyetmələr və gənclər mübarizə aparıblar.
Yarışın açılış mərasimində Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının prezidenti Rafiq Əliyev, “Gömrükçü” idman klubunun direktoru Ramil Məmmədov iştirak ediblər.
20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarış açıq elan edilib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışların yekununda qaliblər müəyyənləşib.
Mükafatçılara “Gömrükçü” idman klubu tərəfindən medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.
Oxşar xəbərlər
Abşeron Olimpiya İdman Kompleksində Bakı birinciliyi keçiriləcək
Taekvondoçular bu dəfə Ağsuda toplandı - FOTO
Uşu-sanda idman növü üzrə Bakı birinciliyi başa çatdı
"Şaolin"lərimiz Ukraynadan geri döndülər
Xəzər İsayev mükafat verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası