reklam
Renat Sultanov: Braziliyalı yalan danışır -
Sportfm.az xəbər saytı

Renat Sultanov: Braziliyalı yalan danışır -ÖZƏL


Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışını Bakıda davam etdirir. 

Bu gün yanvarın 27-nə qədər Bakıda hazırlıq keçəcək millimizin baş məşqçisi Joze Alesio da Silvanın iştirakı ilə brifinq təşkil olunub. Braziliyalı mütəxəssis Azərbaycan çempionatının bombardiri Renat Sultanovu niyə yığmanın düşərgəsinə dəvət etməməsiylə bağlı sualı cavablandırarkən, onun sistemə uyğunlaşa bilmədiyini vurğulayıb. Yığmamızın baş məşqçisinin dediklərinə “Marafon”un kapitanının cavabı gecikməyib. Sportfm.az saytına açıqlama verən təcrübəli futzalçı Joze Alesio Da Silvanın yalan danışdığını söyləyib:”Baş məşqçinin dediklərini oxudum. İnanmıram ki, onun xəbəri olmasın ki, mən çimərlik futbolu üzrə milliyə dəvət edilməmişəm. Belə görünür ki, braziliyalı yalan danışır. Əgər belə deyilsə, mənim çimərlik futbolu üzrə yığmaya dəvət edildiyim haqda informasiyanı hardan aldığını açıqlasın. Axı, bunun çox sadə bir çıxış yolu vardı, zəng vurub mənim özümdən öyrənə bilərdilər. Mənə isə heç kim zəng vurmayıb. Alesio Da Silva deyir ki, Renat Sultanov 3 gün ərzində millinin oyun sisteminə uyğunlaşa bilməyib, ona görə məni İrandakı turnirdə oynatmayıb. Yaxşı bəs onda “Araz”da və millidə uzun illərdir çıxış edən yerli oyunçular necə, onlarda sistemə uyğunlaşa bilməyiblər? Onları niyə oynatmadı? Hamısı boş söhbətlərdir”.

Qeyd edək ki, "Marafon"un üzvü və 16 qolla Azərbaycan çempionatının bombardiri Renat Sultanov çimərlik futbolu üzrə milli komandamıza dəvət edilməyib. 

 

 

Oxşar xəbərlər

Azərbaycan idmanında yeni rekordun sahibi - Renat Sultanov
Yığmamızın baş məşqçisi yalan danışır, yoxsa vəziyyətdən xəbərsizdir?
Azərbaycan çempionatının bombardiri: Bu sadəcə gülüncdür - MÜSAHİBƏ
Alesio Da Silvanın iştirakı ilə brifinq keçiriləcək - Bakı İdman Sarayında
Futzal yığmamıza kimlər dəvət ediləcək? - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər