reklam
Elvin Yunuszadə Türkiyə klubundan təklif aldı -
Sportfm.az xəbər saytı

Elvin Yunuszadə Türkiyə klubundan təklif aldı -"Danışıqlar oldu"


"Keşlə"nin yeni transferi Elvin Yunuszadə qış transfer pəncərəsində Türkiyənin "Menemenspor" klubundan təklif alıb.

Sportfm.az xəbər verir ki, bu barədə 29 yaşlı müdafiəçinin özü məlumat verib.

Azərbaycan millisinin sabiq üzvü bildirib ki, Şimali Makedoniya "Şkupi"sinin keçmiş baş məşqçisi Ümit Karan I liqa təmsilçisinin sükanı arxasına keçdikdən sonra onu öz komandasına dəvət edib: "Danışıqlar oldu. Amma bəzi nüanslara görə söhbətimiz alınmadı".

Qeyd edək ki, Elvin Yunuszadə "Keşlə" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. O, bunadək "Neftçi", "Qarabağ", "Sabah" və "Səbail", həmçinin Bosniya və Herseqovinanın "Çelik" və Şimali Makedoniyanın "Şkupi" klublarında çıxış edib. (report)

Oxşar xəbərlər

"Bəxtim gətirmir, qara zolağa düşmüşəm" - Elvin Yunuszadə
Millimizin sabiq oyunçusu "Keşlə"də - Mövsümün sonunadək
Millimizin sabiq üzvü Azərbaycana qayıdır - Makedoniyada zədələndi
Elvin Yunuszadə "Sabah"dan ayrıldı
Elvin Yunuszadə seçimini etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər