"Qəbələ" İsveçrə klubu ilə bacarmadı
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” İsveçrənin “Sürix” klubu ilə üz-üzə gəlib.
“Kaya Bələk” otelinin meydançasında baş tutan qarşılaşma isveçrəlilərin minimal hesablı qələbəsi ilə nəticələnib.
“Sürix” və “Qəbələ” 2 il öncə də Antalya toplanışında üz-üzə gəlmişdilər. 2016-cı il yanvarın 20-də baş tutan qarşılaşmada “Qəbələ” 4:0 hesabı ilə qələbə qazanmışdı.
Bu, Roman Qriqorçukun yetirmələrinin qış fasiləsində Antalyada keçirəcəyi ikinci oyun idi. Komanda ilk matçda Türkiyə Super Liqa təmsilçisi “Akhisar Bələdiyyəspor”la heç-heçə etmişdi - 1:1.
Yoxlama oyunu
17 yanvar
16:30 Qəbələ (Azərbaycan) - Sürix (İsveçrə) 0:1
Antalya. “Kaya Bələk” otelinin meydançası.
"Qəbələ"nin start heyəti: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov
Oxşar xəbərlər
"Qəbələ" MTK-dan üstün oldu
"Qəbələ" sınaq matçında qalib gəldi
"Qəbələ" Makedoniya klubunu sınağa çəkəcək
"Qəbələ" İsveçrənin ən titullu klubu ilə qarşılaşacaq
Ozobiç "Qəbələ"ni məğlubiyyətdən qurtardı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası