"Qəbələ" MTK-dan üstün oldu
Mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar”ın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışındakı son rəqibi Macarıstanın MTK klubu olub.
“Titanik” otelinin meydançasında keçirilən Budapeşt təmsilçisi ilə matç əlvərişsiz hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğundan 20 dəqiqə gec – Bakı vaxtı ilə saat 19:20-də başlayıb.
Beş qolun qeydə alındığı matç “Qəbələ”nin qələbəsiylə başa çatıb.
“Qəbələ” bunadək Antalyada 2 yoxlama oyununda qüvvəsini sınayıb. Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə görüşən “qırmızı-qaralar”ın “Fakel”lə (Rusiya) matçı əlverişsiz hava şəraiti üzündən ləğv olunub.
Yoxlama oyunu
26 yanvar
Qəbələ – MTK (Macarıstan) 3:2
Qol: Cavid Hüseynov, 40-pen. Lalavele Atakora, 74. Sabien Lilay, 79.
“Titanik” otelinin meydançaları
Qəbələ: 22. Dmitri Bezotosnı, 2. Amin Seydiyev, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 10. Rauf Əliyev, 14. Cavid Hüseynov (K), 17. Ceyms Adeniyi, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 34. Urfan Abbasov, 99. Davit Volkovi
Ehtiyat oyunçular: 35. Murad Popov, 30. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 21. Lalavele Atakora, 35. Josiel, 79. Kayo Neves, 88. Sabien Lilay.
Oxşar xəbərlər
"Sabah" - "Qəbələ" - START HEYƏTLƏR
"Qəbələ" 21 futbolçu sifariş etdi
"Qəbələ"nin sonuncu oyununun vaxtı açıqlandı
"Qəbələ" Avroliqaya 18 futbolçu ilə başlayır
"Qəbələ" Albaniya klubu ilə bərabərə qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası














Misli Premyer Liqası