reklam
Sportfm.az xəbər saytı

"Şüvəlan" FK-da yeni təyinat -FOTO


Qarşısına yenidən premyer-liqaya vəsiqə qazanmaq məqsədi qoyan “Şüvəlan” futbol klubu bu yaxınlarda boş qalmış icraçı direktor postuna Seyidağa Babayevi təyin edib.

Sportfm.az xəbər verir ki, Seyidağa Babayev futbol ictimaiyyətinə yad sima deyil. Vaxtilə U-15 və U-17 yığmaların şərəfini qoruyan Seyidağa Babayev daha sonra da “Turan-Air” futzal klubunun və futzal yığmamızın formasını geyinib. Babayev sonralar böyük futbola qayıdaraq, İranın 1-ci dəstəsində top qovub. Vətənə geri döndükdən sonra isə MOİK-in heyətində çıxış edib.

Qeyd edək ki, Seyidağa Babayev sonuncu dəfə “Zirə” klubunda icraçı-direktor, daha sonra isə uşaq futbol akademiyasının koordinatoru vəzifəsində çalışıb.

 

Oxşar xəbərlər

Paralimpiya Komitəsində baş katib vəzifəsi ləğv olundu
"Kəpəz"-in icraçı direktor vəzifəsinə yeni təyinat
Azərbaycanlı məşqçi "Altınordu"da - FOTOLAR
“Zirə” futbol klubuna yeni prezident təyin olunub
"Şəmkir "də yeni təyinat - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər